Gununsesi.org Moderator.az-a istinadla xəbər verir ki, erməni yazarlardan birinin “Qomşasar”(ermənicə “qomeş” –öküz, “sar” isə dağ deməkdir) kimi təqdim etdiyi Gamışdağdakı işğalçı erməni hərbçilərinin postunu gündəmə gəirməkdə məqsəd Azərbaycan üzərində hərbi-strateji üstünlüyü vurğulamaqdır. Belə ki, yazıda işğalçı ölkənin terrorçu eks-prezidenti Serjik Sərkisyanın hakimiyyətdə olduğuğu dövrdəki bir çıxışında genişmiqyaslı müharibə başlayacağı təqdirdə Azərbaycan ordusunun Naxçıvan-Ermənistan-Türkiyə sərhədinin Yerasxvan məntəqəsi yaxınlığından İrəvanı vura bilməsindən və bu halda Türkiyənin də bizə dəstək verəcəyindən danışıb. Ancaq qaniçən işğalçı lider ardınca özlərinə belə toxtaqlıq verib: “Bizim də əlimizdə Gamışdağ var ki, oradan Gəncəni də asanlıqla vurmaq olar…” Məhz bu səbəbdən, erməni yazar da bir daha Gamışdağın hərbi-strateji əhəmiyyətini vurğulayıb…

COMMENTS