Mixeil Saakaşviliyə Kiyevdə hücum olub

  • By admin
  • 01 Oktyabr 2020 20:03

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Kiyevdə restoranda hücuma məruz qalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna mətbuatı yazıb.

Məlumatlara əsasən, naməlum kişi M.Saakaşvilinin olduğu restorana gizlicə daxil olub. O, əlində kəsici alətlə siyasətçiyə yaxınlaşıb və onu hədələyib.

M.Saakaşvilinin mühafizəçiləri həmin şəxsi saxlayıb və polis çağırılıb. Lakin polis hadisə yerinə gələnədək o, qaça bilib.

Hücumun motivi araşdırılır.

 

 

Gununsesi.info