
Almaniya kansleri Angela Merkel rusiyalı müxalifətçi Aleksey Navalnını gizli ziyarət edib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, o, Berlindəki “Charite” klinikasına baş çəkib.
“Angela Merkel tam məxfilik şəraitində Aleksey Navalnını xəstəxanada ziyarət edib”-deyə yerli mətbuat yazıb.
Aleksey Navalnı avqustun 20-də Omsk şəhərində kimyəvi maddə ilə zəhərlənmişdi.
Gununsesi.info