Mixeil Saakaşvili: “Əgər Birləşmiş Ştatlar məni qorumaq üçün hərəkətə keçməsə…”

  • By ilhame
  • 19 Noyabr 2021 22:03

“Əgər Birləşmiş Ştatlar məni qorumaq üçün hərəkətə keçməsə, bu, regiondakı bütün qərbyönlü liderlər və insanlar üçün dəhşətli siqnal olacaq”.

Gununsesi.info  xəbər verir ki, “Bloomberg”in yazdığına görə bu, keçmiş prezident Mixeil Saakaşvilinin nəşrə göndərdiyi məktubda deyilir.

Mixeil Saakaşvili yazıb ki, o, oktyabrda, seçkilərdən əvvəl Gürcüstana ona görə qayıdıb ki, “rus oyunları” və Gürcüstan hökumətinin bəyanatlarının birləşməsi onu ölkənin Avropa İttifaqı və NATO-ya daxil olmaq məqsədindən imtina etdiyinə inandırıb.

“Bloomberg” bildirib ki, keçmiş prezident həbsxanada olarkən döyüldüyünü və asfaltda sürüklədiklərini qeyd edib. O, hökumətin onu mülki xəstəxanaya aparmaqdan imtina etdiyini, telefondan istifadə etməyə və öz məhkəməsində iştirak etməyə icazə vermədiyini deyib.

Gununsesi.info