
“Vahid Milli Hərəkat” Partiyası və tərəfdarları bu gün saat 15:00-da Respublika meydanında izdihamlı etiraz aksiyası keçirəcək.
Gununsesi.info Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə partiya lideri Nika Melia açıqlama verib.
Onun sözlərinə görə, bu gün üç yerdə keçiriləcək yürüş-mitinq ləğv olunub: “Biz bu gün üç fərqli yerdə keçirəcəyimiz aksiyanı ləğv edirik. Kimlər ki, bütün bu proseslərin başdan sonadək Rusiyanın xüsusi xidmət orqanlarının planı olduğuna inanırsa və Mixeil Saakaşvilinin azad olunmasına tərəfdardırsa , sizi sabah saat 3-də Respublika meydanında gözələyəcəyik”.
Gununsesi.info