
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Qarabağ məsələsinə toxunub.
Gununsesi.info Ermənistan KİV-nə istinadən xəbər verir ki, Mirzoyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla növbəti görüşün keçirilməsi barədə razılıq əldə olunduğunu əlavə edib.
“Görüşlər planlaşdırılır. ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etdirilməsi və növbəti görüşün təşkili barədə razılıq əldə olunub”.
Mirzoyan ATƏT-in Minsk qrupunun regiona yeni səfərinin planlaşdırıldığını da əlavə edib.
Gununsesi.info