
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Müstəqillik Günü haqqında” yeni qanun layihəsi II oxunuşda müzakirə olunub.
Gununsesi.info-nun xəbərinə görə, layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.
Layihəyə əsasən, 28 May – Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü, 18 Oktyabr – Dövlət Müstəqilliyi Gününün isə adı dəyişdirilərək Müstəqilliyin Bərpası Günü elan edilir. Müstəqillik Günü qeyri-iş günü, Müstəqilliyin Bərpası Günü isə iş günü olan bayram sayılacaq.
Gununsesi.info