Mingəçevirdə də zəlzələ olub

  • By arzu
  • 18 Dekabr 2020 13:44

Dekabrın 18-də Mingəçevirdə maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Gununsesi.org-a bildirilib ki, zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən yeraltı təkanlar yerli vaxtla 05:18-də Mingəçevir stansiyasından 21 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 14 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb.

Gununsesi.org