
Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı Asəf Ağayev şəhid olub.
Gununsesi.org-un Qafqazinfo-ya istinadən məlumatına görə, ötən gün A. Ağayev Xocavənd rayonunda mina partlaması nəticəsində dünyasını dəyişib.
Qeyd edək ki, Asəf Ağayev Şuşanı fəth edən zabitlərimizdəndir. O, dekabrın 10-da keçirilən hərbi paradda da iştirak edib.