Mingəçevirdə gənc oğlan reseptsiz içdiyi dərmandan zəhərlənib.
Gununsesi.org-un APA-ya istinadən məlumatına görə, hadisə İsmət Qayıbov küçəsi 3/1 ünvanında baş verib.
1994-cü il təvəllüdlü şəhər sakini Seyildli Çingiz Ayaz oğlu həkim məsləhəti olmadan 10 ədəd bitki mənşəli dərman preparatı qəbul edib. Nəticədə zəhərlənərək halsız vəziyyətə düşən gənc xəstəxanaya yerləşdirilib.
Gununsesi.org
COMMENTS