Bu gündən etibarən Lökbatan qəsəbəsi daxilində fəaliyyət göstərən 111 nömrəli müntəzəm marşrut xətti üzrə yeni avtobuslar sərnişinlərin istismarına verilib.
Gununsesi.org xəbər verir ki, “BMH” MMC şirkəti hazırda xətt üzrə istismarda olan avtobuslardan 4 ədədini “İsuzu Novociti” markalı nəqliyyat vasitəsi ilə əvəz edib.
Yaxın vaxtlarda daha 10 ədəd eyni model avtobusların gətirilərək xəttə buraxılması nəzərdə tutulub.
COMMENTS