
“Orgill Inc” şirkətinin qurucusu milyarder Cozef Orqillin nəvəsi, 34 yaşlı Eliza Fletcher qaçırılıb. Hadisə sentyabrın 2-də Tennessi ştatının Memfis şəhərində baş verib.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Eliza səhər saat 04:20 radələrində idman edərkən, naməlum şəxslər tərəfindən oğurlanıb.
Onun kimlər tərəfindən və hansı məqsədlə qaçırıldığı məlum deyil. Hazırda polis faktla əlaqədar araşdırma aparır.
Gununsesi.info