Bakıda çoxmərtəbəli yaşayış binasında YANĞIN BAŞ VERDİ

Bakı ş. Xətai rayonu Yeromenko küç.56 ünvanında 24 mərtəbəli yaşayış binasının zirzəmisində elektrik lövhəsində yanğın baş verib.

Gununsesi.info FHN mətbuat xidmətinə istinadən billdirir ki, tüstülənmiş zonada qalmış 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyə olunub.

FHN yanğınsöndürmə qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın söndürülüb. Mənzillər yanğından mühafizə olunub.

Gununsesi.info