Milli Məclisin deputatları işğaldan azad edilən ərazilərə gedəcək

  • By arzu
  • 19 Yanvar 2021 18:16

Deputatlar işğaldan azad olan torpaqlarda yaranmış vəziyyətlə tanış olacaq, həmin ərazilərdə aqrar sahənin inkişafı üçün vacib məsələləri müzakirə edəcək.

 

Gununsesi.org-un xəbərinə görə, bu barədə məsələ Milli Məclisin Aqrar siyasət komitəsinin 2021-ci il yaz sessiyası üçün iş planında əksini tapıb.

Eyni zamanda komitə üzvlərinin Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət etməsi, qazilər, müharibə iştirakçıları ilə görüşlər keçirməsi iş planına daxil edilib.

Gununsesi.org