Amerika səfirliyindən Əhməd Cavadla bağlı paylaşım – VİDEO

  • By arzu
  • 19 Yanvar 2021 20:43

Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi özünün rəsmi Facebook səhifəsində Azərbaycanın istiqlal şairi Əhməd Cavadla bağlı paylaşım edib.

 

Gununsesi.org bildirir ki, səfirliyin etdiyi  paylaşımda Əhməd Cavadın Azərbaycanın həyatında oynadığı önəmli roldan, millətin formalaşmasında verdiyi töhfələrdən bəhs edilib.

Bildirilir ki, Əhməd Cavad bir şair kimi, bir çox klassiklərdən etdiyi tərcümələr, yazdığı esselər müəllifidir.

Paylaşılan videoda milli şairimizin Azərbaycanın dövlət himninin sözlərinin müəllifi olması qeyd edilir. Eləcə də, o zamankı “Müsavat” partiyasının üzvü olduqdan sonra Əhməd Cavadın 1937-ci ildə repressiya qurbanlarından biri olması vurğulanır.

 

Gununsesi.org