“Baydenin komandasından heç bir mesaj almamışıq” – İran rəsmisi

  • By arzu
  • 19 Yanvar 2021 18:07

Rəsmi Tehran ABŞ-ın yeni prezidenti Cozef Baydendən nüvə sazişinə qayıtmaqla bağlı heç bir mesaj almayıb.

 

Gununsesi.org “Report” a istinadən xəbər verir ki, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii bildirib.

Onun sözlərinə görə, Tehran bütün iştirakçı ölkələr tərəfindən Birgə Hərtərəfli Fəaliyyət Planının bərpasına istiqamətlənib və ABŞ-ın yeni hökumətinin də razılaşmadakı bütün öhdəliklərini yerinə yetirərək İranın etibarını bərpa etməyə diqqət ayıracağını gözləyir.

“Baydenin komandasından heç bir mesaj almamışıq. Ancaq ABŞ-ın öhdəliklərinə qeyd-şərtsiz qayıtdığına, onlara uyğun hərəkət etdiyinə əmin olmayınca danışıqlar mənasızdır”, – Ə.Rabii brifinqdə söyləyib.

Qeyd edək ki, daha əvvəl İsrail KİV-də ABŞ-ın yeni seçilmiş prezidenti adından rəsmi şəxslərin Vaşinqtonun İranla nüvə sazişinə qayıtması şərtləri ilə bağlı Tehranla danışıqlar apardığı yazılmışdı.

Gununsesi.org