Milli Məclisin bu komitəsi dəyirmi masa keçirəcək

Milli Məclisinin Ailə, qadın və uşaq məsələləri komitəsində gender bərabərliyi haqqında dəyirmi masa keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu barədə komitə sədri Hicran Hüseynova bu gün keçirilən iclasda bildirib. Dəyirmi masa 25 yanvar tarixində Yeni Azərbaycan Partiyası(YAP) ilə birlikdə keçiriləcək.

HTML tutorial

“Dəyirmi masada ötən sessiyada da aktual olan siyasi partiyalarda gender məsələləri müzakirə ediləcək”,- deyə sədr bildirib.

Gununsesi.info