
Türkiyənin daha bir turizm şəhərində meşə yanğınları başlayıb.
Gununsesi. info Türkiyə mediasına istinadən xəbər veirr ki, bu dəfə Bodrumda naməlum səbəbdən yanğınlar başlayıb. Alov hətta 5 ulduzlu otellərdən birinə sıçrayıb. Bəzi qayıq sahibləri turistlərin təxliyyəsi üçün yardım etməyə başlayıb.
Yanğını nəzarət altına almaq üçün bölgəyə yanğınsöndürənlər göndərilib.