Meral Akşenerdən Azərbaycana dəstək

Türkiyə İYİ partiyasının lideri Meral Akşener Azərbaycan torpaqlarının işğaldan azad olunmasına dəstək verdiklərini bildirib.

Gununsesi.info bildirir ki, bu barədə Akşener “Twitter” hesabında yazıb.

O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə bu barədə məktub göndəriblər.

“Bu dəstəyimizi yerində də göstərmək üçün deputat heyətimiz Bakıya getmək üçün Azərbaycanın razılığını gözləyir”.

Gununsesi.info