
“Birinci Vitse-prezidentimiz Mehriban xanım Əliyevanın YUNESKO-nun baş katibinə məktub ünvanlayaraq qurumun xoşməramlı fəxri səfiri adından imtina etməsinin səbəbləri məlumdur. YUNESKO öz dəyərlərinə, mədəniyyətin qorunması ilə bağlı prinsiplərə zidd adımlar atır. Eyni zamanda, adıçəkilən qurum ikili oyunlar oynayır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri (ADİP) Asim Mollazadə deyib.
ADİP sədrinin fikrincə, Birinci vitse-prezident Mehriban Əliyevanın addımı dünyanın diqqətini bu məsələyə cəlb edəcək:
“Çünki YUNESKO ikiüzlü siyasət yürütməkdə davam edir. Çox təəssüf ki, Azərbaycanın mədəni dəyərlərinin məhv olunmasına illər boyu göz yumub. Artıq bir sıra ölkələr bu təşkilatı tərk edib. Mənə elə gəlir ki, bu prosesin ardı gələcək. Bu cür davam edərsə, YUNESKO daha da nüfuzdan düşəcək. Düşünürəm ki, ikili yanaşmalarına görə, YUNESKO bir təşkilat kimi özünü gözdən salıb”.
Gununsesi.info