
Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov İstanbulda törədilmiş partlayışla əlaqədar Türkiyənin daxili işlər naziri Süleyman Soyluya başsağlığı məktubu göndərib.
Gununsesi.info xəbər verir ki, nazir partlayış nəticəsində insanların həlak olması və xəsarət alması ilə əlaqədar başsağlığını çatdırıb, yaralananların tezliklə sağalmasını arzuladığını bildirib.
Qeyd edək ki, dünən İstanbulun mərkəzində baş verən partlayışda 6 nəfər ölüb.
Gununsesi.info