“Maskalar artıq cırılır” - Deputat İranı tənqid etdi

“İranın Ermənistana qaz ixracı 2 dəfə artacaq. Hazırda Ermənistanın illik 2,6 milyard kub metr qaz idxalının 15 faizi İranın payına düşür”.

Gununsesi.info xəbər verir ki, bunu iqtisadçı, millət vəkili Vüqar Bayramov bildirib.

O xatırladıb ki, İran Ermənistana gündəlik bir milyon kubmetrdən çox qaz ixrac edir.

“Bu ilin 8 ayında ticarət dövriyyəsini 43 faiz artıran İran, Ermənistanla 3 milyard dollarlıq ticarət qurmağı hədəfləyir. Ermənistanın hər mənada qayğısına qalan ölkə, İslamı siyasət səviyyəsinə gətirən İrandır. Maskalar artıq cırılır. Hər mənada”, – deyə deputat bildirib.

Gununsesi.info