
“Bu soyuq havalarda isti ürəklərlə görüş fürsəti düşüb; noyabrın 5-də saat 14.00-da Park Bulvardakı Əli və Nino kitab mağazasında mənim “Ölümcül həqiqətlər” kitabımın imza günü var”.
Gununsesi.info bildirir ki, bunu tanınmış jurnalist Bahəddin Həzi deyib:
“”Hər şeyin virtualı, dostluğun realı” deyirəm. Və bütün dostlarımı və hələ ki dostlaşa bilmədiklərimi məmnuniyyətlə dəvət edirəm. Sizi gözləyəcəm. Gələ bilsəniz, çox məmnun olaram”.