Maşın vuran 42 yaşlı qadın ağır xəsarət aldı

  • By ilhame
  • 31 Dekabr 2023 13:46

Lənkəranda minik avtomobili piyadanı vurub.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində qeydə alınıb.

Belə ki, Lənkəran şəhər sakini 1982-ci il təvəllüdlü Yaqut Orucəli qızı Nəsirova yolu qarşı tərəfə keçmək istəyərkən minik avtomobili onu vurub.

Y.Nəsirova ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub və reanimasiya şöbəsinə yerləşdirilib.

Surxay Şahbazov

Gununsesi.info