Finlandiyada tətil bir neçə böyük zavodun fəaliyyətini dayandıracaq

  • By ilhame
  • 28 Dekabr 2023 19:11

Finlandiyada ikigünlük kütləvi tətillər keçiriləcək.

 

Gununsesi.info xəbər verir ki, bu barədə “Helsingin Sanomat” (HS) nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə, tətillər Kilpilahti və Kokkola sənaye rayonlarında, o cümlədən “Neste” neft emalı şirkətinin zavodlarında keçiriləcək.

 

Bildirilib ki, bəzi zavodlarda iş fəaliyyəti dayandırılacaq.

 

Qeyd olunur ki, 7 minə yaxın insanın iştirakı gözlənilir. Etiraz aksiyalarının keçirilməsinə səbəb işçilərin hökumət islahatlarından narazılığıdır.

 

Gununsesi.info