Makrondan XƏBƏRDARLIQ: qonşu ölkələrə də yayıla bilər

Rusiyanın Ukraynadakı müharibəsi qonşu ölkələrə də yayıla bilər.

Gununsesi.info xəbər verir ki, bununla bağlı Fransa Prezidenti Emmanuel Makron moldovalı həmkarı Maia Sanduya xəbərdarlıq edib.

Makron bildirib ki, ölkəsi Moldovada regional təhlükəsizlik vəziyyətinin inkişafını izləyəcək:

“Dnestryanıda baş verən son hadisələr göstərir ki, münaqişənin qonşu ölkələrə yayılması istisna oluna bilməz”.

Gununsesi.info