Konfutsinin aforizmləri

Biliyə aparan üç yol vardır: düşüncə – ən fəzilətlisi, təqlid – ən asanı, təcrübə – ən acısıdır.

Nifrət edirsənsə, deməli sənə qalib gəliblər. İntiqam almazdan öncə iki qəbir qaz.

Xoşbəxtlik – yəni səni başa düşürlər, böyük xoşbəxtlik – səni sevirlər, həqiqi xoşbəxtlik isə sən sevməyə başlayanda olur. Həyat əslində sadədir, ancaq biz inadla onu qəlizləşdiririk.

Kiçik məsələlərdə dözümüsüzlük göstərmək böyük işləri məhv edir. Yalnız soyuqlar başlayandan sonra bəlli olur ki, şam və sərv ağacları öz yarpaqlarını ən sonuncu itirirlər.

Keçmişdə insanlar çox danışmağı sevməzdilər. Çünki onlar sözlərinə əməl etməməyi biabırçılıq hesab edirdilər.

Fəzilətli insan öz qarşısında, kiçik adam isə başqalarının qarşısında tələb qoyur.

Keçmiş zamanlarda insanlar özlərini kamilləşdirmək üçün öyrənirdilər. İndi isə, başqalarını təəcübləndirmək üçün öyrənirlər.

Bütün ömrün böyu qaranlığı lənətləmək olar, ancaq bunun yerinə, kiçik bir şam da yandırmaq olar.

Heç vaxt yıxılmayan böyük deyil, yıxılandan sonra qalxan böyükdür.

 

Hazırladı:

Araz Gündüz

Gununsesi.info