
Fələstin prezidenti Mahmud Abbas keçmiş baş nazirin müavini və Fələstin İnvestisiya Fondunun sədri Məhəmməd Mustafanı yeni baş nazir təyin edib.
Gununsesi.info xəbər verir ki, prezidentin fərmanına əsasən, Abbas ona yeni hökumətin qurulmasını tapşırıb.
Fələstinin yeni baş naziri təyin edilən Mustafa Dünya Bankı və Fələstin Muxtariyyəti qurumlarında, o cümlədən Fələstin İnvestisiya Fondunda müxtəlif vəzifələrdə çalışıb.
Fevralın 26-da Fələstin prezidenti Abbas baş nazir Məhəmməd İştia hökumətinin istefasını qəbul edib.
Gununsesi.info x