Məşhur meyxanaçının ölüm xəbəri yalan çıxdı

Gununsesi.info xəbər verir ki, meyxanaçının oğlu Teleqraf.com-a açıqlamasında xəbəri yalanlayıb:

“Atamın ölüm xəbəri yalandır. O, yataq xəstəsidir, səhhətində irəliləyiş yoxdur. Heç kimlə danışmır, yalnız nəvələrini görəndə reaksiya göstərir”.

Qeyd edək ki, tanınmış meyxanaçı Ağakərimin 2017-ci ildə beyninə qan sızıb.

xxx

Məşhur meyxana ustası Ağakərim vəfat edib.

Gununsesi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

O, uzun sürən xəstəlikdən sonra ötən gün axşam saatlarında 57 yaşında dünyasını dəyişib.

Gununsesi.info