
Dünyaca məşhur zərgərlik brendi “Tiffany&Co” Rusiyadan almaz və brilyant almaqdan imtina edib.
Gununsesi.info xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumatda bildirilir ki, “Tiffany&Co” öz tədarükçülərinə harada kəsilməsindən asılı olmayaraq Rusiya brilyantlarının alınmasını dayandırmağı və zərgərlik məmulatlarından istifadə edilən brilyantları Rusiya və qeyri-Rusiya mənşəli olmalarına görə ayırmağı tapşırıb.
Bildirilir ki, bu imtinaya görə, Rusiya hər ay 100 milyon dollardan çox gəlirdən məhrum olacaq.
Gununsesi.info