Məşhur amerikanlı konqresmen Qubad İbadoğluya azadlıq istədi

Qlobal İnsan Hüquqları alt komitəsinin sədri və Tom Lantos İnsan Haqları Komissiyasının həmsədri olan ABŞ nümayəndəsi Kris Smit Azərbaycandan tanınmış azərbaycanlı iqtisadçı alim Qubad İbadoğlunu azad etməyə çağırır.

Gununsesi.info xəbər verir ki, bu barədə konqresmenin rəsmi saytında dərc olunmuş press-relizdə deyilir.

Bəyanatda deyilir ki, professor İbadoğlu hazırkı hökuməti kəskin tənqid edib və Azərbaycanda şəffaflığın artırılması və ölkə liderlərin hesabatlı olması üçün çalışıb.

Konqresmen qeyd edir ki, İbadoğlu həyati təhlükəsi olan şəraitdə kəskin şəkərli diabet, boğaz infeksiyası və yüksək qan təzyiqi ilə mübarizə üçün lazım olan dərmanlar olmadan həbsdədir – təmiz su, yemək verilmir və o, təhlükəli cinayətkarlarla bir kameranı paylaşır”.

“İbadoğlu sürətlə arıqlayır və səhhətinin kəskin şəkildə pisləşməsinin digər əlamətləri müşahidə edilir” deyə konqresmen qeyd edib.

 

Gununsesi.info