Məşhur aktyor saxlanıldı

  • By ilhame
  • 19 Fevral 2024 20:14

67 yaşlı aktyor Kevin Maknalli həbs edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “The Sun” qəzeti məlumat yayıb.

Aktyor məişət zorakılığı ittihamı ilə ABŞ-nin Los-Anceles şəhərində saxlanılıb.

Qeyd edək ki, aktyor “Karib dənizinin quldurları” film seriyasındakı Coşami Gibbs rolu ilə məşhurlaşıb.

Gununsesi.info