Mərkəzi Bankın rəhbəri ilə yüksək faizli bank kreditləri müzakirə edilib

  • By ilhame
  • 06 Dekabr 2023 22:32

“Bu gün Mərkəzi Bankın rəhbəri hörmətli Taleh Kazımov və komandasının dəvəti ilə MB-ın baş ofisində ölkənin aparıcı iqtisadçılarının iştirakı ilə növbəti görüş keçirildi”.

Gununsesi.info bildirir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkədə yazıb.
O, daha sonra öz qeydlərində yazır:

MB-ın rəhbər şəxsləri əvvəl “Gəlirlilik əyrisi” və “İnflyasiya gözləntisi və metodologiyası” mövzularında iki maraqlı təqdimat etdilər.
Mərkəzi Bank ictimai müzakirələrə açıq olduğunu göstərdi, maraqlı müzakirə oldu. Hörmətli Taleh müəllim bütün suallara açıq cavab verməyə çalışdı.
Ən çox müzakirə olunan bank kredit faizlərinin yüksək olması, regionlarda verilən kreditlərin azlığı, aqrar sektora kredit verilməməsi, qiymət artımı, inflyasiya, ölkədə 3-4 bankın dominantlığı və s. məsələlər oldu.
MB-ın belə görüşlər keçirməsi yaxşıdır, faydalıdır, amma ölkənin indiki primitiv iqtisadi sistemində MB-ın institutsional olaraq edə biləcəkləri məhduddur.
Yəni, 2 borudan asılı olan primitiv, bəsit iqtisadi sistem dəyişməsə, MB-ın komandasının pozitiv dəyişikliklər üçün görə biləcəyi iş həcmi çox az olacaq…

Gununsesi.info