Mən də prezidentimizə səs vermişəm - Həmidə Ömərova

  • By ilhame
  • 07 Fevral 2024 21:27

“Bu gün burada toplaşmağımızın, sevincimizin başlıca səbəbi Ali Baş Komandanımız İlham Əliyevdir”.

 

Gununsesi.info xəbər verir ki, Xalq artisti Həmidə Ömərova bu gün keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı təəssüratlarını bölüşüb.

 

O bildirib ki, bu gün xalqımızın ən böyük bayramlarından biridir:

 

“Hamımız xoşbəxtik. Çünki xalq istədiyi və qalib prezidentini seçib. Mən də bu xalqın nümayəndəsi kimi, prezidentimizə səs vermişəm”.

Gununsesi.info