Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq

Bu gündən ümumi təhsil müəssisələrinin ibtidai (I-IV) siniflərində ənənəvi formada dərslər başlayır. Məktəblərdə ilk dərslər “Qarabağ Azərbaycandır!” mövzusuna həsr olunacaq.

Bu barədə Gununsesi.info-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, digər siniflər və məktəbdənkənar müəssisələrdə isə sentyabrın 29-dan həftədə beş dəfə olmaqla əyani tədrisə başlanılacaq.

Gununsesi.info