Çavuşoğlu Dövlət katibi ilə Qarabağı MÜZAKİRƏ ETDİ

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Nyu-Yorkda davam edən BMT Baş Assambleyasının iclası çərçivəsində Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Gununsesi.info ABŞ Dövlət Departamerntinə istinadən xəbər verir ki, əsas müzakirə mövzularından biri Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ məsələsi olub.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan da BMT tribunasından etdiyi çıxışında Dağlıq Qarabağda son hərbi əməliyyatlarla toxunub.

O, Azərbaycanın icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyini xatırladıb.

Gununsesi.info