
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə gecə saatlarında Sabunçu rayonunda baş verib.
Aeroport yolunda orta yaşlı kişi (ad və soyadı dəqiqləşdirilir-red) yolun piyadalar üçün müəyyən olunmayan hissəsindən keçərkən avtomobil onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib.
Fakt araşdırılır.
Gununsesi.info