Finlandiya prezidenti NATO-ya üzv olmaq üçün heç bir səbəb görmür

  • By admin
  • 20 Fevral 2022 19:22

“Finlandiyanın NATO-ya daxil olması üçün heç bir əsas yoxdur”

Gununsesi.info xəbər verir ki, bunu Finlandiya Prezidenti Sauli Niinistö bəyan edib.

“Bununla bağlı çoxlu müzakirələr gedir. Bununla belə, ən azı bu an üçün kəskin dəyişikliklər üçün heç bir səbəb görmürəm. Bu qərar diqqətlə nəzərdən keçirilməlidir ”, – o bildirib.

Onun sözlərinə görə, Finlandiya Rusiya ilə sərhəddə gərginlikdən qorxmur: “Baltikyanı ölkələrdə vəziyyət sakitdir”.

 

Gununsesi.info