Litvada yüngül mühərrikli idman təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin milli radiosu məlumat yayıb.
Məlumata görə, hadisə Kaunas rayonunda baş verib. Təyyarə evin həyətinə düşüb. Qəza zamanı 2 nəfər həlak olub.
Hadisə zamanı sakinlər arasında xəsarət alan olmayıb.
Qeyd edilir ki, həlak olanlar 30 və 65 yaşlı yaşlarında iki nəfərdir. İlkin informasiyaya əsasən, həlak olanlardan biri – təcrübəli pilot Viktoras Ramonasdır.
Gununsesi.org
COMMENTS