Ermənistan Aİ nümayəndələri ilə sərhəddəki vəziyyəti müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa Prezidentinin Nazirlər Kabinetinin müşaviri İzabel Dümon, Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klar, Aİ-nin Şərq Tərəfdaşlığı üzrə səfiri Bris Rokevoy, Aİ nümayəndəliyinin rəhbəri Andreu Viktorin ilə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edərək, mümkün qədər tez delimitasiya, demarkasiyaya başlamağın və bunun üçün müvafiq ab-havanın yaradılmasının vacibliyini qeyd ediblər.

Gununsesi.info