Lavrov: “Qarabağda atəşkəs rejiminə tam riayət olunmur”

Rusiya və Ermənistan XİN rəhbərləri Moskvada görüşüb.

Gununsesi.info Rusiya KİV-nə istinadən xəbər verir ki, Sergey Lavrov görüşün mətbuat üçün açıq olan hissəsində Qarabağdakı atəşkəs rejimi barədə danışıb.                                       

“Bakı və Yerevanla müxtəlif istiqamətlər, o cümlədən hərbi kanallar vasitəsilə saxlanılan əlaqə atəşkəs rejimini saxlamağa imkan verir. Amma atəşkəs rejiminə tam mənada riayət olunmur” – deyə Lavrov deyib.

Erməni nazir isə atəşkəs rejiminin əldə olunmasına görə, Lavrova və prezident Putinə təşəkkürlərini çatdırıb.

Rəsmi çıxışdan sonra görüş bağlı qapılar arxasında davam edib.

Gununsesi.info