
“Azərbaycanın ikinci ən böyük şəhəri Gəncədə terrorçu Ermənistan tərəfindən yaşayış binalarına dağıdıcı və dəhşətli raket hücumu nəticəsində çox sayda ölü və yaralı var, çox sayda meyit hələ də dağıntılar altındadır”.
Gununsesi.info-nun məlumatına görə, bunu Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri Tural Gəncəliyev öz tvitter hesabında yazıb.
“Bu, müharibə cinayətidir və mülki insanlara qarşı soyqırımıdır”, – deyə millət vəkili qeyd edib.
Gununsesi.info