Kürdə batan 5 yaşlı uşağın meyiti tapıldı

  • By admin
  • 06 İyul 2021 19:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Gununsesi.info-ya  verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2016-cı il təvəllüdlü Şirinli Murad Bəxtiyar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info