
Kür çayından meyit tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, Sabirabad rayonu, Cavad kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 1950-ci il təvəllüdlü Abbasov İsfəndiyar Əli oğlunun axtarışları başa çatıb.
İ.Abbasovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
Gununsesi.info