Kraliça dünya liderləri ilə şəkil çəkdirdi

Böyük Britaniyada başlayan G7 sammiti çərçivəsində Kraliça II Elizabet G7 və Aİ liderləri ilə görüşüb, onlarla xatirə şəkli çəkdirib.

Gununsesi.info xəbər verir ki, görüşdə G7 liderlərindən başqa Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen, Avropa Şurasının sədri Şarl Mişel də iştirak edib.

Liderler daha sonra Kraliça ilə nahar ediblər.

Qeyd edək ki, ABŞ Prezident Co Bayden Kraliça ilə görüşən 13-cü ABŞ prezidentidir.

Gununsesi.info