
ABŞ prezidenti Cozef Baydenlə Rusiya lideri Vladimir Putin arasında iyunun 16-da İsveçrənin Cenevrə şəhərində keçiriləcək görüşün məkanı açıqlanıb.
Gununsesi.info xarici mediaya istinadla xəbər verir ki, liderlər məşhur “La Qranj” villasında görüşəcək.
İsveçrənin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, görüş iyunun 16-da Cenevrədə “La Qranj” adlı malikanədə keçiriləcək.
Gununsesi.info