
“Azərbaycanda hansısa korrupsioner məmurun həbs xəbəri gələndə həbsxanalarda toy-bayram olur”.
Gununsesi.info bildirir ki, bunu tanınmış vəkil Əkrəm Həsənov deyib.
Vəkilin sözləronə görə, məhbusların sevincinə səbəb pul gəlməsidir: “Pul mənbəyi gəlir deyə sevinirlər. Bir neçə il yatır, sonra çıxır və qalan pulu ilə həyatına davam edir. Korrupsiyaya görə, azadlıqdan məhrumetmə cəzası ömürlük olmalıdır. Ya da belə ola bilər ki, həmin şəxs vurduğu zərərin hamısını dövlətə qaytarsa, ona 5-10 il müddətinə azadlıqdan mərhumetmə cəzası verilər, yox əmlakı qaytarmasa, o halda ömürlük cəza qüvvəsində qalmalıdır. Bu halda həmin oğru məmurunun başqasının adına rəsmiləşdirdiyi əmlaklar üzə çıxar”.
Gununsesi.info