Koronavirusa dair son vəziyyət

Ümumdünya Səhiyyə Təşkilatı 1 həftə ərzində dünyada COVID-19-dan ölümlərin azaldığını bildirib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, ÜST qeyd edib ki, 1 həftə ərzində dünyada COVID-19-dan ölüm nisbəti 43% azalıb. Bundan əlavə, koronavirus infeksiyasına yoluxanların sayı da 13% azalıb.

Qeyd olunur ki, martın 28-dən aprelin 3-dək quruma 10 milyon 351 min 818 yoluxma hadisəsi barədə məlumat daxil olub. Bu müddət ərzində yoluxma nəticəsində ölənlərin sayı 26 285 nəfər təşkil edib.

Gununsesi.info