“Düşmənçilik edən ölkələrə ərzaq tədarükündə ehtiyatlı davranacağıq” - Putin

  • By admin
  • 05 Aprel 2022 18:55

“Rusiya bu il xaricə, xüsusən ona qarşı düşmənçilik siyasəti aparan ölkələrə ərzaq tədarükü məsələsində daha ehtiyatlı davranacaq”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aqrar-sənaye kompleksinə dəstək üzrə müşavirədə deyib.

“Aydındır ki, bu il qlobal ərzaq qıtlığı fonunda biz xaricə ərzaq tədarükü ilə bağlı daha ehtiyatlı davranmalı, daha dəqiq desək, bizə açıq-aşkar düşmən münasibət bəsləyən ölkələrə bu cür ixracın parametrlərinə diqqətlə nəzarət etməli olacağıq”, – Putin vurğulayıb.

Rusiya lideri bildirib ki, istehsal həcminin artması Rusiyada ərzaq qiymətlərinin dünya bazarından aşağı olmasını təmin etməyə imkan verir.

Gununsesi.info