
Koronavirusa qarşı peyvənd çalışmaları davam edərkən, çexiyalı elm adamları ilginc bir kəşfə imza atıb. Belə ki, elm adamları hazırladıqları xüsusi bir kağızın koronavirusu 99 faiz məhv etdiyini söyləyib.
Gununsesi.info xəbər verir ki, sink və gümüş tərkibli xüsusi kimyəvi maddələrlə hazırlan kağızın virusları, bakteriyaları və mayaları öldürdüyü ifadə edilib. Kağızın səthindəki insan dərisi üçün təhlükəsiz olduğu deyilən mikrobların 99 faizinin bir dəqiqə ərzində məhv olduğu bildirilib.
Qeyd edək ki, aparılan testlər 10 dəqiqə ərzində bu cür kağızlara düşən koronavirus hissəciklərinin 70 faizinin öldüyünü və 30 dəqiqə müddətində tamamilə yox olduğunu ortaya çıxarıb.